Gəncədə 22 yaşlı piyadanı avtomobil VURDU

Gəncədə piyadanın xəsarət alması nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Viral.az “Report”a istinadən xəbər verir ki, hadisə şəhər ərazisində, marketlərin birinin qarşısında qeydə alınıb.

Məlumata görə, şəhər sakini, 22 yaşlı G.Süleymanova yolu qarşı tərəfə keçmək istəyən zaman onu avtomobil vurub.

Son Yazılar:

Piyada müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.