Günəş aktivliyinin iyirmi beşinci dövrəsində dördüncü ən güclü alışma sentyabrın 14-də baş verib.
Viral.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası məlumat yayıb.
“Alışma şərti olaraq X5.3 kimi təsnif edilir. Bu o deməkdir ki, bu, Günəş tsiklində dördüncü ən güclü hadisədir, başqa sözlə, 2017-ci ildən bəri ən böyük partlayışdır”, – məlumatda bildirilib.