İranda 14-cü prezident seçkilərində iştirak edəcək namizədlərin qeydiyyatının beşinci günüdür.
Viral.az xəbər verir ki, İranın sabiq prezident Həsən Ruhani dövründə vitse-prezident olmuş İshaq Cahangiri bu gün qeydiyyatdan keçib.
Bazar ertəsi qeydiyyatdan keçən digər tanınmışşəxslər arasında keçmiş millət vəkilləri Elias Naderan, Hassan Sobhani, Hassan Kamran Dastjerdi və Vahid Cəlalzadə də var.
Son Yazılar:
- Dərmanları soyuducuda saxlamaq olarmı? – Ekspert
- “Oreşnik” bütün Avropada hədəfləri vura bilər
- İstanbulda diplomat olduğunu deyən azərbaycanlı 70 kilo qızılla SAXLANILDI
Qeydiyyat prosesi bu gün axşam başa çatacaq.
Qeydiyyat prosesindən sonra namizədliyini irəli sürənlərin sənədlərini yoxlamaq üçün 7 gün vaxt sərf olunacaq. Daha sonra təsdiq edilmiş namizədlərə iyunun 28-də keçiriləcək prezident seçkilərinə qədər təşviqat kampaniyası üçün 14 gün vaxt veriləcək.