Mingəçevirdə dələduzluq edən qadın tutulub.
Viral.az qafqazinfo.az-a istinadla xəbər verir ki, Mingəçevir ŞPŞ-nin əməkdaşları dələduzluqda şübhəli bilinən Rəsmiyyə Kazımovanı saxlayıblar.
Məlum olub ki, R.Kazımova zərərçəkmişə özünü şəhid xanımı kimi təqdim edərək, dövlət tərəfindən veriləcək fərdi yaşayış evini ona pay edəcəyini bildirib. O, sənədləşmə üçün həmin şəxsin 22 500 manat pulunu dələduzluqla ələ keçirib.
Son Yazılar:
- Dayısının 14 yaşlı qızı ilə evlənən şəxsə hökm OXUNDU
- Bir milyon manata yaxın pul tələb edən məşhur tiktoker həbs OLUNDU
- Bu, iqlim fəaliyyəti tarixində “Bakı sıçrayışı” kimi öz damğasını vurdu
Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə R.Kazımova barəsində həbs qətimkan tədbiri seçilib.
Onun analoji əməllərindən zərər görən başqa şəxslər varsa, bu barədə polis orqanlarına müraciət edə bilərlər.