Maykl Ceksonun qardaşı ÖLDÜ

Tanınmış müğənni Maykl Ceksonun qardaşı, musiqiçi və ifaçı Tito Cekson 70 yaşında vəfat edib.

Viral.az “Kommersant”a istinadən xəbər verir ki, bu barədə məlumatı müğənninin övladları bildirib. 

Onun ölüm səbəbi açıqlanmayıb.

Son Yazılar:

Qeyd edək ki, Tito, Maykl, Ceki, Cermeyn və Marlon qardaşları 1960-cı ildə yaradılan “Jackson Five” qrupunda ifa ediblər. Qrupun “I Want You Back”, “ABC”, “I’ll Be There” kimi mahnıları hələ də populyardır. Tito öz növbəsində üç solo albom buraxıb.