1992-ci ildə itkin düşmüş daha bir şəhidimizin kimliyi müəyyən edilib. Söhbət 9 iyun 1971-ci ildə Siyəzən rayonunun Dağ Quşçu kəndində anadan olmuş Rüfət Məmmədhüseyn oğlu Cabbarovdan gedir.
Viral.az xəbər verir ki, bu barədə “bizim.media”ya Rüfət Cabbarovun Bakıda yaşayan qardaşı Rasim Məmmədov məlumat verib.
Son Yazılar:
- Taleh Yüzbəyovun xanımı qəzaya düşdü – FOTO
- Ağalarovun Əminə ilə yeni görüntüsü – VİDEO
- Kanada Ukraynaya NASAMS HHM sistemi verdiyini TƏSDİQLƏDİ
O, Rüfətin Sovet Ordusunda tam xidmət keçdikdən sonra Azərbaycana qayıdıb və Qarabağ müharibəsinə könüllü yollandığını bildirib.
Şəhidin qardaşı qeyd edib ki, Rüfət 1992-ci il oktyabr ayının 4-də Ağdərə-Sırxavənd istiqamətində gedən döyüşlərdə itkin düşüb.
Mərhum Tərtər rayonu ərazisindəki məzarlıqda naməlum döyüşçü kimi dəfn edilib. Ailə üzvlərindən götürülən DNT analizinin rəyindən sonra Rüfətin şəxsiyyəti dəqiqləşib.
Şəhid Rüfət sabah 32 il əvvəl tərk etdiyi Dağ Quşçu kəndində dəfn ediləcək.