Şəkidə 9 otaqlı fərdi yaşayış evində YANĞIN

Şəkidə 9 otaqlı fərdi yaşayış evi yanıb.

 

Viral.az-ın məlumatına görə, yanğın günorta saat 13 radələrində Şəki şəhəri M.Ə.Rəsulzadə küçəsində İslam Əmrahova məxsus 9 otaqlı evdə baş verib. Yanğının söndürülməsi üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb edilib.

Son Yazılar:

 

Yanğının qarşısı alınıb, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

 

Faktla bağlı araşdırma aparılır.