Payız fəsli Azərbaycana bu tarixdə daxil OLACAQ

Payız fəsli Azərbaycana sentyabrın 22-si saat 16:43:36-da daxil olacaq.

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından Viral.az-a verilən məlumata görə, bu zaman payız gecə-gündüz bərabərliyi qeydə alınacaq.

Günəş ekliptika üzrə hərəkət edib ekvatoru kəsərək, Şimal yarımkürəsindən Cənub yarımkürəsinə keçəcək. Həmin andan Şimal yarımkürəsində payız, Cənub yarımkürəsində yaz fəsli başlayacaq.

Son Yazılar:

Payız fəslinin uzunluğu 89 gün 20 saat 36 dəqiqə 54 saniyə olacaq.