İyunun 5-6-da Bakıda Milli Məclisin ev sahibliyi ilə Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA-nın) “Türk dünyası üçün yaşıl üfüqlər: yaşıl gündəliyin həyata keçirilməsində parlamentlərin rolu” mövzusuna həsr olunmuş 13-cü Plenar İclası keçiriləcək.
Bu barədə Viral.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, tədbirdə TÜRKPA-ya üzv ölkələrin parlament spikerlərinin rəhbərliyi ilə nümayəndə heyətləri, o cümlədən TÜRKPA-da müşahidəçi üzvlərin və beynəlxalq təşkilatların təmsilçiləri iştirak edəcəklər.
Son Yazılar:
- Mal-qara otaran şəxs qayalıqdan yıxılaraq ÖLDÜ
- Dövlət xadimlərinə sui-qəsd hazırlayan terrorçuya hökm OXUNDU
- Ebru Gündeş uzun müddət sonra qızı ilə
Tədbir çərçivəsində Assambleya Şurasının toplantısı, TÜRKPA-nın 13-cü Plenar İclası, Qadın və Gənc Parlamentarilər qruplarının iclasları, TÜRKPA çərçivəsində parlament baş katiblərinin birinci görüşü və yekunda mətbuat konfransı keçiriləcək.