Sabiq deputatın şirkəti nağdsız ödənişlərdən imtina ETDİ

Mebel istehsalçısı “Embavud” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) nağdsız ödənişlərdən imtina etdiyi üçün cərimə məbləği məlum olub.

Viral.az Qaynarinfo-ya istinadən xəbər verir ki, mebel şirkəti bu səbəbdən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən 3 dəfə cəzalandırılıb.

Qanuni təmsilçisi Elşad İnşalla oğlu Abbasov olan “Embavud” MMC-yə fərqli vaxtlarda 5885.20, 3441.60 və 3037.00 manat maliyyə sanksiyası tətbiq edilib.

Son Yazılar:

Qeyd edək ki, “Embavud” mebel firmasının sahibi sabiq deputat Məşhur Məmmədovdur. O, VI çağırış Milli Məclisin deputatı olub.