Yol polisinin qanuni tələbinə riayət etməyən sürücü həbs edilib.
Viral.az xəbər verir ki, bu barədə Bakı şəhər DYP İdarəsindən bildirilib.
İdarədən verilən məlumata görə, Nizami DYP-nin əməkdaşları tərəfindən yol hərəkəti qaydasını pozduğu üçün “VAZ 21214” markalı, 10-XM-064 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsünə “saxla” işarəsi verilsə də o, buna məhəl qoymayaraq hərəkətini davam etdirib. Daha sonar sürücü yol polisinin saxlamaq tələbini yerinə yetirməməsini əks etdirən videogörüntünü şəxsi sosial şəbəkə hesabında paylaşıb.
Son Yazılar:
- Cəmi 3 sualla Alsheymer xəstəliyini diaqnoz ET
- Raketlərin yerləşdirilməsi ABŞ-nin qərarından asılıdır
- Raketlərin yerləşdirilməsi ABŞ-ın qərarından asılıdır
Görülən tədbirlər nəticəsində nəqliyyat vasitəsinin sürücüsü Quliyev Yasin Rasim oğlu Nizami DYP-nin əməkdaşları tərəfindən saxlanılıb. O, saxlanılan zaman yol polisinin qanuni tələblərinə riayət etmədiyi üçün rayon polis bölməsinə təhvil verilib.
Sürücü barəsində toplanılmış materiallar baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə sürücü Y.Quliyev Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilindiyi üçün səkkiz sutka inzibati qaydada həbs edilib.