ABŞ-ın vitse-prezidenti Kamala Harris Ukraynanın təşkilatçılığı ilə İsveçrədə keçiriləcək “Sülh Sammiti”ndə iştirak edəcək
Viral.az xəbər verir ki, bu barədə Ağ Evdən bildirilib.
Son Yazılar:
- Restoran və şadlıq saraylarının sahiblərinə XƏBƏRDARLIQ
- Üzərinə beton aşan fəhlə faciəvi şəkildə ÖLDÜ
- Azərbaycanda uzun illər elm və təhsil ayrı-ayrı inkişaf edib
“Vitse-prezident Bayden-Harris Administrasiyasının Ukraynanın suverenliyi, ərazi bütövlüyü və BMT Nizamnaməsinin prinsiplərinə əsaslanan ədalətli və davamlı sülhün bərqərar edilməsi üzrə səylərini dəstəkləmək öhdəliyini vurğulayacaq”, – Ağ Evin açıqlamasında bildirib.
Sammitdə milli təhlükəsizlik müşaviri Ceyk Sullivan da iştirak edəcək
Qeyd edək ki, 106 ölkə sammitdə iştirakını təsdiqləyib. Bir sıra dövlətlər sammitdə iştirakdan rəsmən imtina ediblər. Çin, Braziliya və Cənubi Afrika sammitdə iştirak etməyəcək.