Rusiyada insanlar nadir astronomik hadisəni görə biləcəklər.
Viral.az xəbər verir ki, bu barədə “İzvestiya” nəşri yazır.
Söhbət “planetlərin paradı”ndan gedir. Günəş sisteminin Yerdən başqa bütün yeddi planeti Günəşin eyni tərəfində olacaq. Eyni zamanda paradda yalnız Venera, Yupiter, Merkuri və Uran iştirak edə biləcək, çünki hazırda Mars, Neptun və Saturn Günəşə yaxındır və onları görmək mümkün deyil. Bu baxımdan mütəxəssislər astronomik hadisəni səhər tezdən, sübh açılmazdan əvvəl müşahidə etməyi tövsiyə edirlər.
Son Yazılar:
- Kanada Ukraynaya NASAMS HHM sistemi verdiyini TƏSDİQLƏDİ
- “Yalı çapkını” final edə bilər
- ABŞ səfirliyi yaxınlığındakı şübhəli obyekt mulyaj bomba olub
İyunun əvvəlində “planetlərin paradı” ilə yanaşı, Marsdan çox da uzaq olmayan sönməkdə olan Ayın nazik ayparasını, eləcə də “Pons-Bruks” kometini görmək mümkün olacaq.
(redaktor.az)