NASA “Starliner”in yeni buraxılış tarixini TƏSDİQLƏDİ

“Starliner” kosmik gəmisinin ekipajı ilə birlikdə iyunun 5-də Beynəlxalq Kosmik Stansiyaya buraxılması planlaşdırılır.

Viral.az “lenta.ru”ya istinadən xəbər verir ki, müvafiq yeni tarix NASA tərəfindən təsdiqlənib.

“Buraxılış iyunun 5-nə planlaşdırılır. Ehtiyat tarixi 6 iyun saat 18:29-dur”.

Son Yazılar:

Bundan əvvəl, iyunun 1-nə planlaşdırılan “Starliner” kosmik gəmisi ilə  “Atlas V” raketinin buraxılışı ləğv edilib. Ləğv edilməsinə səbəb ehtiyatda olan bort kompüterlərindən birinin enerji təchizatında yaranan problem olub.

(redaktor.az)