Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə gecə saatlarında Naxçıvan şəhəri Xətai məhəlləsində “Hyudai” County markalı mikroavtobusda yanğın hadisəsinin baş verməsi barədə məlumat daxil olub.
Viral.az xəbər verir ki, dərhal Naxçıvan şəhər Dövlət Yanğından Mühafizə Hissəsinin qüvvələri hadisə yerlərinə cəlb olunub.
Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində baş vermiş yanğın genişlənərək ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Son Yazılar:
- Sabah Konstitusiya Məhkəməsinin seçkilərlə bağlı iclası OLACAQ
- Azərbaycanda elektromobillər üçün enerji doldurma cihazları istehsal OLUNACAQ
- Şəhid Tərlan Rüstəmovla vida mərasimi KEÇİRİLDİ
Yanğın hadisə nəticəsində avtomobilin mühərrik hissəsi yanıb, digər hissələri yanğından mühafizə olunub (apa.az).