Yaxın vaxtlarda bütün rəsmi prosedurlar tamamlanacaq və “Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası yaradılacaq.
Viral.az.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov Bakıda keçirilən və Assosiasiyasının qurulmasına dair dəmiryol administrasiyaları rəhbərlərinin məşvərət toplantısından sonra bildirib.
“Bu gün toplantıda iştirak edən ölkələr assosiasiyasının qurulmasına dəstəkləyir”, – deyə o qeyd edib.