Estoniyadan Ukraynaya enerji DƏSTƏYİ

Estoniya elektrik stansiyalarından birinin enerji blokunu, eləcə də elektrik mühərriklərini Ukraynaya ötürmək qərarına gəlib. 

Viral.az yerli mediaya istinadla xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba məlumat verib. 

O, enerji blokunun “Auver” elektrik stansiyasından köçürülməsi, eləcə də Ukrayna tərəfinə güclü elektrik mühərriklərinin göndərilməsi qərarının son dərəcə vacib olduğunu vurğulayıb.

Son Yazılar:

Kuleba qeyd edib ki, bu enerji bloku 150 min vətəndaşı elektrik enerjisi ilə təmin edə bilər.

Bundan əvvəl məlum olub ki, Ukraynada elektrik enerjisi tariflərinin artırılmasına qadağa qoyulmasını tələb edən petisiya ölkə prezidenti Volodimir Zelenskinin ofisinin saytında qeydə alınıb. 

Bir gün əvvəl “Ukrenerqo” milli enerji şirkətinin rəhbəri Vladimir Kudritski gələn həftə Ukraynanın enerji sistemində elektrik enerjisinin ciddi qıtlığının olacağını bildirib. 

O, həmçinin enerji obyektlərinin zədələnməsi, iki atom enerji blokunun təmiri və temperaturun yüksəlməsi nəticəsində yaranan ciddi çatışmazlıqlar səbəbindən saatlıq fasilə cədvəllərindən istifadə ediləcəyini bildirib.

(redaktor.az)