Teleaparıcı bədbəxt hadisə nəticəsində xəstəxanaya yerləşdirildi – FOTO

“BBC”də çalışan irlandiyalı televiziya və radio aparıcısı Stiven Nolan bədbəxt hadisə nəticəsində xəstəxanaya aparılıb.

Bu barədə Viral.az “lenta.ru”ya istinadən xəbər verir.

Nolanın ayaq barmağını sındırdığı bildirilir.

“Mən on qutu kafel daşımağa çalışırdım. Hamısı mənim baş barmağıma düşənə qədər onların nə qədər ağır olduğunu başa düşmədim”, – deyə o bildirib.

Aparıcı xəstəxanaya yerləşdirilib. Nolan xəstəxanadan çıxana qədər təcili yardım otağında bir neçə saat qalıb və evə göndərilib.