Daxili İşlər Nazirliyi dələduzluq halları ilə bağlı vətəndaşlara müraciət edib.
DİN-dən Viral.az-a verilən xəbərə görə, müraciətə deyilir:
“Yaxın qohumlarının xəstə, müalicəsinə təcili pul lazım olması adı ilə vətəndaşlara, xüsusən yaşlı nəslin nümayəndələrinə xaricdən ev telefonları vasitəsilə zənglər olunur. Hətta süni intellekt vasitəsilə səslər eyniləşdirilir və onlara yaxın qohumlarının başına bədbəxt hadisə gəldiyini bildirib, yardım göstərilməsi üçün pul tələb edilir.
Son Yazılar:
- “Türk Hava Yolları” şirkəti İtaliyaya bəzi uçuşları ləğv ETDİ
- Azad edilmiş ərazilərdə yeni yaradılan iş yerlərinin sayı AÇIQLANDI
- Dövlət başçısı Timor-Leste Prezidentini təbrik ETDİ
Həmin vətəndaşların pul vəsaitlərinin ələ keçirilməsi faktları üzrə polis əməkdaşları tərəfindən araşdırmalar aparılıb, bir neçə uğurlu əməliyyat tədbiri həyata keçirilib və şəxslərin saxlanılaraq cinayət məsuliyyətinə cəlb olunması təmin edilib”.
Nazirliyin çağırışında qeyd olunub ki, bu hallarla bağlı vətəndaşlar diqqətli olsunlar, daxil olan zənglər üzrə verilən məlumatları dəqiqləşdirsinlər, tanımadıqları şəxslərə qəti şəkildə pul vəsaitləri verməsinlər.