“Əsrin müqaviləsi” bizim birlikdə çalışaraq nələrə nail ola biləcəyimizin sübutudur.
Viral.az xəbər verir ki, bu, ABŞ Dövlət katibi Antoni Blinkenin Prezident İlham Əliyevi və Azərbaycan xalqını “Əsrin müqaviləsi”nin imzalanmasının 30-cu ildönümü münasibətilə təbrik məktubunda yer alıb.
“Azərbaycanı mühüm enerji təchizatçısına çevrilməyə kömək etmiş “Əsrin müqaviləsi”nin imzalanmasının 30-cu ildönümü münasibətilə Sizi və Azərbaycan xalqını təbrik etməkdən məmnunluq duyuram.
Son Yazılar:
- Daha bir rektor işdən çıxarıldı
- İlham Əliyev onu rektor təyin etdi – FOTO
- Prezident Xalq artistini vəzifəsindən azad ETDİ
Azərbaycanın COP29-a ev sahibliyi edəcəyi bu ildə həmin tarixin qeyd edilməsi xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın qlobal enerjiyə keçid ilə bağlı sadiqliyi ölkənizin enerji sektorunda etibarlı tərəfdaş kimi onilliklər ərzində sürən tarixinə əsaslanır.
Biz Azərbaycanın öndə gedən rolunu gücləndirə və regionu transformasiya edə biləcək bərpa olunan enerjidən istifadə və yaşıl enerjinin ixracı marşrutlarının inkişaf etdirilməsinə dair səylərinizi alqışlayırıq”, – ABŞ Dövlət katibi qeyd edib.