Bu həftə Livana baş verən hücumlar İsrail hökumətinin müharibəni bütün regiona yaymaq planlarını göstərdi.
Viral.az xəbər verir ki, bu sözləri Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan deyib.
Ərdoğan İstanbulda keçirdiyi mətbuat konfransında bildirib ki, İsrailin Qəzza zolağındakı müharibəsi çərşənbə axşamı BMT Baş Assambleyasında çıxışının əsas mövzusu olacaq:
Son Yazılar:
- Raketlərin yerləşdirilməsi ABŞ-ın qərarından asılıdır
- Azərbaycan və Rusiya FHN əməkdaşlığın genişləndirilməsini müzakirə EDİBLƏR
- İvanişvili və Kobaxidze mandandan imtina EDİR
“Bölgəmizin böyük bir fəlakətə sürüklənməsinin qarşısını almaq üçün İsrailə təzyiq daha da artırılmalıdır”.
Ərdoğan vurğulayıb ki, dünya sülhünü müdafiə etməyə çalışan bütün ölkələrin İsraili dayandıracaq həll yolları tapmaq vaxtı çatıb:
“Bir ilə yaxındır davam edən bu zülmə son qoymaq, daimi atəşkəs yaratmaq və humanitar yardımların maneəsiz axınını təmin etmək üçün hamımızın, bütün dünya və xüsusilə BMT-nin üzərinə mühüm məsuliyyət düşür”.