Joze Mourinyonun rəhbərlik etdiyi “Fənərbağça”, əzəli rəqibi Okan Burukun “Qalatasaray”ını qəbul etdi.
Viral.az xəbər verir ki, oyunun başlanğıcında “Fənərbağça”nın təzyiqi gözə çarpsa da, “Qalatasaray” sakit və düşünülmüş futbol sərgilədi. 20-ci dəqiqədə Lukas Torreyra uzaq məsafədən möhtəşəm zərbə ilə hesabı açaraq komandasını irəli çıxardı – 1:0.
“Fənərbağça”nın hücumları artdığı bir vaxtda, 21-ci dəqiqədə Şimanskinin dəqiq ötürməsi ilə Oostervolde Muslera ilə qarşı-qarşıya qaldı, lakin qolkiper ustalıqla qolu önlədi. 28-ci dəqiqədə Osimhenin sinəsi ilə ötürdüyü topu Mertens tora göndərdi və “Qalatasaray” fərqi 2-yə çatdırdı.
Son Yazılar:
- Dollar bu qiymətə satılacaq – RƏSMİ
- Azpulmat” və “Manato”ya borcu olanların NƏZƏRİNƏ: 45 gün ərzində…
- Hamilə qadın qəfil vəfat etdi – VİDEO
36-cı dəqiqədə Ceko meydandan qovuldu və bu, “Fənərbağça” oyunçuları arasında ciddi etiraza səbəb oldu. Sançes isə bu hadisədən sonra sarı vərəqə aldı.
43-cü dəqiqədə Kaan Ayhan Sent-Maksiminə qarşı kobud müdaxiləsinə görə sarı vərəqə ilə cəzalandırıldı. “Qalatasaray”ın müdafiəsi “Fənərbağça”nın hücumlarını uğurla dəf edərək matçın son anlarına qədər üstünlüyünü qorudu. Derbidə həyəcan getdikcə artmaqda və hər kəs oyunun necə nəticələnəcəyini maraqla gözləyirdi.
“Fənərbağça” 53-cü dəqiqədə Sofyan Amrabatı meydana çıxartdı. 57-ci dəqiqədə Fred, Oostervoldenın ötürməsindən istifadə edə bilməyərək vacib bir fürsəti əldən verdi. 59-cu dəqiqədə Yunus Akgünün ötürməsi ilə Osimhenin zərbəsini Livakoviç müdafiə edərək qola imkan vermədi.
63-cü dəqiqədə Qabriel Saranın vurduğu zərbə ilə “Qalatasaray” fərqi 3-ə çatdırdı: 0-3.
68-ci dəqiqədə Abdülkerim Bardakcının Fredə qarşı etdiyi kobudluq nəticəsində “Fənərbağça” penalti qazandı. Ceko bu imkanı dəyərləndirərək hesabı 1-3 etdi.
87-ci dəqiqədə Yunus Akgün ofsayd vəziyyətində qapıya yol tapsa da, zərbəsi qeydə alınmadı.
“Qalatasaray” 3:1 hesabı ilə qalib gəlib. “Sarı-qırmızılılar”a qələbə qazandıran qolları 20-ci dəqiqədə Livakoviç, 28-ci dəqiqədə Mertnes və 59-cu dəqiqədə Sara vurub. “Fənərbağça”nın yeganə qolunu 63-cü dəqiqədə penaltidən Cüeko vurub.
“Qalatasaray” 18 xalla liqada liderliyini davam etdirir. “Fənərbağça” 13 xalla ikincidir.