“Neftçi”nin futbolçusu Emin Mahmudov instaqram hesabında paylaşım edib.
Viral.az xəbər verir ki, millimizin üzvü kapitanlıq sarğısının ondan alınması barədə fikirlərini bildirib.
“Bildiyiniz kimi, mən artıq “Neftçi”nin kapitanı deyiləm. 6 il ərzində “Neftçi”nin kapitanı olmuşam və bununla qürur duyuram. Bu müddətdə çətin anlar da oldu, kədərli də. Amma sevincli günlər də az deyildi. Düzdür, oyunumda eniş-yoxuşlar oldu. Amma həmişə komandaya kömək etmək üçün bacardığım qədər çalışdım. Bəzən alınmadı, amma mən əlimdən gələni etdim. Sizdən hər zaman böyük dəstək gördüm. Buna görə də hər birinizə təşəkkür edirəm”, – Mahmudov qeyd edib.
Son Yazılar:
- İcra başçısı bacısı oğlunu yenidən özünə köməkçi təyin etdi
- Zümrüd Yağmur axtarışa VERİLDİ
- Məhkəmə Sərdar Ortaçla bağlı qərar verdi
Qeyd edək ki, baş məşqçi Roman Qriqorçukun qərarı ilə “Neftçi”nin yeni kapitanı Ramil Şeydayev, vitse-kapitanlar isə Yuri Matias və Robert Bauerdir.