Antiterror tədbirləri zamanı şəhid olan Ramazan Hüseynzadənin adı Cəlilabadda küçəyə verilib.
Viral.az “Report”a istinadən xəbər verir ki, artıq şəhidin adını daşıyan küçəyə lövhə də vurulub.
Qeyd edək ki, Hüseynzadə Ramazan Həmdulla oğlu 1 yanvar 2000-ci ildə Lerik rayonunun Orand kəndində anadan olub.
Son Yazılar:
- Bu rayonda təmirsiz məktəblər var
- Qız qaçıran evli şəxs avtomobilin baqajında ölü TAPILDI
- Dollar bu qiymətə satılacaq – RƏSMİ
Azərbaycan Ordusunun apardığı antiterror əməliyyatı zamanı müddətdən artıq hərbçi Hüseynov Ramazan Həmdulla oğlu qəhrəmancasına şəhid olub. Şəhid Cəlilabad rayonunun Muğan kəndində dəfn olunub.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu Hüseynzadə Ramazan Həmdulla oğlu ölümündən sonra Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamına əsasən “Vətən uğrunda” medalı ilə və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.