Sarımsaq yağının faydalarını saymaqla bitmir. O, alternativ təbabətdə və xalq arasında istifadə edilən ən qədim bitkilər arasında yer alır.
Viral.az xəbər verir ki, sarımsaq yağından saç maskası kimi daha çox istifadə edilir. O, ekoloji amillərə bağlı yaranmış saç tökülməsinin qarşısını alır, saç dərisi problemlərinə təbii antibiotik kimi yaxşı təsir edir və saç diblərini möhkəmləndirir.
Sarımsaq yağı tapmasanız, bir neçə sarımsağı əzərək suyunu saç dərisinə masaj edərək çəkin. Saçları daha çox nəmləndirmək istəyirsinizsə, o halda bir xörək qaşığı zeytun yağı əlavə edin.
Son Yazılar:
- Bakı Slavyan Universitetində elmi konfrans keçirildi
- Quranı yandıran Juravelə hökm OXUNDU
- Azərbaycanda “TikTok”dan belə istifadə edən şəxslərə cinayət işi açılacaq – RƏSMİ
Baş dərisini sarımsaq yağıyla masaj etmək qan dövranını sürətləndirir, saç köklərini qidalandırır və tükün uzanmasına şərait yaradır. Bundan başqa, saç dərisində yığılan ölü dəri hüceyrələri və digər toksinləri təmizləyərək saçın uzanmasına maneə olan problemləri aradan qaldırır. Saç dərisi həddindən artıq quru və qaşınma şikayətləri olanlar müntəzəm şəkildə sarımsaq yağından istifadə etməlidir.
Əgər evdə zeytun yağı və sarımsaq varsa, sarımsaq yağını özünüz də hazırlaya bilərsiniz. Bunun üçün 4-5 diş sarımsağın qabığını soyun, 2 çay stəkanı qədər zeytun yağında 1 həftə saxlayın. Daha sonra bu qarışıqdan saçlarınıza maska çəkin. Saç ucları çox tez qırırlarsa, gecə uclarına bir miqdar bu yağdan sürtün, səhər isə yuyun.
Sarımsaq yağının saç baxımında heç bir əks təsiri yoxdur, ancaq ona allergiyası olanlar saç dərisində qızartı və qaşınma ilə qarşılaşa bilər. Belə hallarda qaşınmanın qarşısını almaq üçün sarımsaq yağı istifadə etməyin və bu yağı istifadə etdikdən sonra saç dərisi qaşınmağa başlayarsa, dərhal şampunla yuyub su ilə yaxalayın.
//publika.az