Harvard Tibb Məktəbinin alimlərinin rəhbərlik etdiyi tədqiqat qrupu, aşağı dozada aspirinin yuxu olmaması səbəbindən bədəndə meydana gələn iltihabı azalda biləcəyini müəyyən edib.
Viral.az xəbər verir ki, tədqiqatın nəticələri xarici mediada dərc olunub.
Tədqiqatda 46 sağlam yetkin könüllü iştirak edib. Nəzarət olunan məhdudlaşdırma şəraitində subyektlər iki həftə evdə, sonra isə 11 günlük xəstəxanada qalma müddətində hər gün plasebo və ya aşağı dozalı aspirin qəbul ediblər. Xəstəxanada qalma iki gecə səkkiz saatlıq yuxu ilə başlayıb. Sonrakı beş gecə ərzində iştirakçılara dörd saat yatmağa icazə verilib. Normal bərpaedici yuxu üçün daha üç gecə ayrılıb.
Son Yazılar:
- Hizbullah İsrail qərargahına zərbə endirdi
- Türkiyə və Moldova enerji sahəsində əməkdaşlıq memorandumu imzaladılar
- Mahir Emreli Almaniya klubunda məhsuldar ötürmə VERDİ
Qeyd olunur ki, eksperiment başa çatmamışdan əvvəl və sonra iştirakçıların qanında immun sisteminin vəziyyəti və iltihabi markerlərin şiddəti qiymətləndirilib. Məlum olub ki, aşağı dozalı aspirin ikinci qrup subyektlərin orqanizmində iltihab yollarının aktivliyini azaldır.
Xüsusilə, subyektlərin zərdabında interleykin-6 və COX-1/COX-2 ikiqat müsbət hüceyrələrin, eləcə də C-reaktiv zülal səviyyələrinin ifadəsində azalma müşahidə edilib. Bu markerlər müxtəlif səbəblərdən, o cümlədən yuxu olmamasından qaynaqlanan iltihab prosesinin başlanğıcını göstərir. Onlar həmçinin aspirinin bərpaedici yuxunun effektivliyini artırdığını aşkar ediblər.
(redaktor.az)