Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.
Viral.az xəbər verir ki, bununla bağlı milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, sentyabrın 24-ü gündüzdən 25-i axşamadək Bakıda və Abşeron yarımadasında, eyni zamanda bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı Milli Hidrometeorologiya Xidməti tərəfindən sarı xəbərdarlıq verilib.
Son Yazılar:
- “Verilişdən sonra ürəyim getdi yıxıldım”
- Bələdiyyə seçkilərinin vaxtı AÇIQLANDI
- Qarabağdakı bu torpaqlar icarəyə veriləcək: Prezident təsdiq ETDİ
Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi sarı xəbərdarlığa uyğun olaraq arabir 13.9-20.7 m/san təşkil edəcək.
Sarı xəbərdarlığa uyğun olaraq Şabran, Xaçmaz, Siyəzən, Xızı, Salyan, Neftçala, Cəlilabad, Qobustanda fasilələrlə qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.