Azərbaycanda suüstü dronlar istehsal edildi

Azərbaycanda suüstü dronlar istehsal edilib.

Viral.az xəbər verir ki, dronlar sentyabrın 24-də Bakı Ekspo Mərkəzində keçirilən V “ADEX-2024” Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində nümayiş olunur.

Bildirilib ki, dronların sınaqlarına başlanılıb. Bunlar kamikadze tipli suüstü dronlardır. “Kalan” və “Suqovuşan” adlanan dronlar yaxın vaxtlarda Azərbaycan Ordusunun sərəncamına veriləcək.

Son Yazılar:

“Kalan”ın uzunluğu 1500 mm, eni 400 mm, əhatə dairəsi – 20 mil, sürəti 30 km/saat, partlayıvı hissə tip: TNT, partlayıcı hissə, ağırlıq isə 5 kq-dır.

“Suqovuşan”ın uzunluğu 2200 mm, enk 500 mm, çəkisi 60 kq, əhatə dairəsi – 20 mil, sürəti 50 km/saat, partlayıcı hissə, tip: TNT, partlayıcı hissə, ağırlıq 10-15 kq-dır.