Üç mindən çox müəllimin maaşı artacaq – RƏSMİ

Təkrar sertifikatlaşdırma prosesinin müsahibə mərhələsinə dair məlumat şəxsi kabinetlərə göndərilib

Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən Viral.az-a verilən məlumata görə, təhsilverənlərin təkrar sertifikatlaşdırılması prosesinin müsahibə mərhələsinin nəticələri barədə məlumat müəllimlərin şəxsi kabinetlərinə göndərilib. Müəllimlər portal.edu.az platformasında yerləşən “Sertifikatlaşdırma” bölməsinə daxil olmaqla müsahibə nəticələri ilə tanış ola bilərlər.

Təkrar sertifikatlaşdırmanın müsahibələrində 3393 müəllim uğur qazanaraq sertifikatlaşdırmadan keçmiş hesab olunub. Müsahibələrdə 99% davamiyyət qeydə alınıb.

Son Yazılar:

Qeyd edək ki, təkrar sertifikatlaşdırmadan keçmiş 3252 təhsilverənin vəzifə maaşına 35 faiz, 24 təhsilverənin isə 10 faiz artım tətbiq olunacaq.

Xatırladaq ki, təhsilverənlərin təkrar sertifikatlaşdırılması prosesinin müsahibə mərhələsinin apellyasiya müraciətləri 25 sentyabr saat 12:00-dan etibarən qəbul olunacaq. Müəllimlər şəxsi kabinetlərinə daxil olaraq 24 saat ərzində apellyasiya müraciəti edə bilərlər.