Emilin avtomobilindən oğurluq edilib

Müğənni Emil Bədəlovun avtomobilindən oğurluq edilib.

Viral.az xəbər verir ki, bu barədə sənətçi “Xəzər axşamı” verilişində danışıb. O, bir ay əvvəl baş verən hadisə zamanı bahalı telefon və nömrəsinin oğurlandığını bildirib:

“Bağda olanda dənizə getmişdim. Çimərlikdə telefonu maşına qoydum. Dedim ki, 5 dəqiqəlik suya girim sonra gedərəm. Öz səhlənkarlığımdan oldu. Qayıdanda gördüm ki, nə saat var, nə də telefon. Nömrəsiz qalmışam. Mahnılarım da içində olub. Bununla bağlı polisə də müraciət etmişəm”. // Axşam.az

Son Yazılar: