Əməkdar artist Elza Seyidcahan məhkəməyə müraciət edib.
Viral.az xəbər verir ki, bu barədə sənətçi özü instaqram səhifəsində məlumat yayıb. O, lombarda olan borcunu ödədikdən sonra girov qoyduğu qızılları geri ala bilmədiyini açıqlayıb:
“Bir ildən çoxdur, lombardda məlum səbəblərdən ailə üzvlərimizin, qızımın, anamın, rəfiqələrimin zinət əşyaları girova qoymuşduq. Maddi problemlərlə üzləşəndə bu addımı atdıq. 100 min manata yaxın dəyərdə qızıl qoyub, pul götürdük. Onu da 3 qat aşağı qiymətinə götürdülər. Qısa müddətdə borcu ödədik. Bir ildən çoxdur ki, zinət əşyalarımızı vermirlər. Dedilər ki, pulu verin, 1 həftəyə qızılları qaytaracağıq. Amma üstündən aylar keçdi. Hazırda məhkəmə gedir. Müəyyən səbəblərdən məhkəməyə də gedə bilmədim. Çəkiliş zamanı xəsarət almışdım, həkimdə idim.
Son Yazılar:
- Azərbaycanda Elektrik Təchizatı Sahəsində Aparılan İslahatların Təsiri və Əhəmiyyəti
- Milli Məclisdə yeni təyinat – FOTO
- Azərbaycanda zəlzələ oldu
Lombardda zinət əşyalarımızı mənimsəyən Abdullayev Xəyaldır. Qızılları alıb və qaytarmır. Daxili İşlər Nazirliyinə müraciət etdim və qısa müddətdə onu tapdılar. Xahiş edirəm ki, işə ədalətli baxılsın”. // Axşam.az