Azərbaycanın minifutbol millisi Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən Avropa çempionatında bu gün növbəti matçını keçirəcək.
Viral.az xəbər verir ki, millimiz qrup mərhələsinin üçüncü turunda Fransa ilə qarşılaşacaq.
Son Yazılar:
- 5 il cavanlaşmaq istəyənlərə dəyərli MƏSLƏHƏT
- Buzlu suda çimmək faydalıdırmı? – ARAŞDIRMA
- B vitamininin faydaları və ÇATIŞMAZLIQLARI
Matçın start fiti saat 19:00-da səsləndiriləcək.
Qeyd edək ki, bundan əvvəlki iki turda Azərbaycan yığması Belçikanı 3:0, İtaliyanı isə 2:1 hesabı ilə məğlub edib. Hazırda komanda 6 xalla liderdir. Fransa 4 xalla ikinci, İtaliya 3 xalla üçüncü, Belçika 1 xalla sonuncu pillədə qərarlaşıb.