Gəncədə itkin düşən 14 yaşlı şagird tapıldı

Gəncədə itkin düşən yeniyetmə tapılıb.

Bu barədə Viral.az-a DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib. Onun sözlərinə görə, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində 2010-cu il təvəllüdlü Y.Yaqubov tapılaraq ailəsinə təhvil verilib.

***

Son Yazılar:

09:28

Gəncədə yeniyetmə itkin düşüb.

Viral.az xəbər verir ki, şəhər sakini, 2010-cu il təvəllüdlü Yəhya Yaqubov sentyabrın 23-ü saat 08 radələrində yaşadığı evdən çıxıb və geri qayıtmayıb.

Yaxınları onun məktəbə getmək üçün evdən çıxdığını və daha sonra xəbər ala bilmədiklərini deyiblər.

Müraciətlə bağlı Gəncə ŞBPİ-nin 1-ci Polis Şöbəsində araşdırma aparılır.