Tarif (qiymət) Şurasının 25 sentyabr 2024-cü il tarixində növbəti iclası keçirilib və müvafiq qərarlar qəbul edilib.
Viral.az Tarif Şurasına istinadən xəbər verir ki, yeni dövlət qeydiyyatına alınan 156 dərman vasitəsinin qiymətinin yuxarı həddi təsdiq edilib, 50 dərman vasitəsinin qiymətinin yuxarı həddi aşağı salınıb və etibarlı təchizatın təmin olunması məqsədilə 24 dərman vasitəsinin qiymətinin yuxarı həddində Nazirlər Kabinetinin 2015-ci il 3 iyun tarixli 209 nömrəli Qərarı ilə təsdiq olunmuş Qaydalara və Tarif (qiymət) Şurasının 2015-ci il 21 iyul tarixli Qərarı ilə təsdiq edilmiş Təlimata uyğun olaraq dəyişikliklər aparılıb.
Ticarət adı, farmasevtik forması, təsiredici maddəsinin adı, dozası, ticarət qablaşdırması, miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla, qiymətlərinin yuxarı həddi təsdiq edilmiş dərman vasitələrinin tam siyahısı Tarif (qiymət) Şurasının rəsmi internet saytının (www.tariff.gov.az) “Dərman vasitələri” bölməsində (http://tariff.gov.az/documents/DVA.pdf) yerləşdirilib.
Son Yazılar:
- Qaynar çay içməyi sevənlərdə xərçəng RİSKİ
- Tanınmış vəkil vəfat etdi – FOTO
- Başında spazm var? – 2 manatlıq çarə
Qərar 1 oktyabr 2024-cü il tarixindən qüvvəyə minəcəkdir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 3 aprel tarixli 197 nömrəli Qərarı ilə qeyri-əhali istehlakçılarının istilik təchizatı xidmətinin tarifləri dövlət tənzimlənməsindən çıxarılıb. Bu xidmətlərin tarifləri “Azəristiliktəchizat” ASC ilə müqavilə əsasında müəyyən ediləcəkdir. Bununla əlaqədar Şuranın 24 noyabr 2011-ci il tarixli 4 nömrəli Qərarı Nazirlər Kabinetinin müvafiq Qərarına uyğunlaşdırılıb.
Qərarlarla Tarif (qiymət) Şurasının rəsmi saytının (www.tariff.gov.az) “Şuranın qərarları” bölməsində tanış olmaq olar.