Naxçıvan Muxtar Respublikasında 6 tam orta məktəbin direktoru vəzifəsindən azad olunub.
Viral.az xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov əmr imzalayıb.
Əmrə əsasən, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilərdə deputat seçilən Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyin direktoru Əli Abbasov, Şərur rayon Çomaxtur kənd tam orta məktəbin direktoru Pərvin Nəcəfsoy, Şərur rayon Arbatan kənd tam orta məktəbin direktoru Aynur Babayeva, Şərur şəhər 2 nömrəli tam orta məktəbin direktoru Sevil Hacıyeva, Kəngərli rayon Xıncab kənd tam orta məktəbin direktoru Xəzəngül Orucova və Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbin direktoru Gülxarə Tarverdiyeva vəzifələrindən azad olunublar.
Həmçinin Ordubad rayon Unus kənd tam orta məktəbin direktor müavini Ramil Nəbiyev də seçkilərdə deputat seçildiyi üçün vəzifəsindən azad edilib.