Bakının bu küçəsində ikitərəfli velosiped zolağı salındı

Zərifə Əliyeva küçəsinin Kövkəb Səfərəliyeva küçəsi ilə kəsişməsindən Puşkin küçəsi ilə kəsişməsinədək olan hissəsində 2 hərəkət zolağı saxlanılaraq, ikitərəfli velosiped zolağı təşkil edilib.

Viral.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.

Bildirilib ki, küçənin sağ tərəfində mövcud parklanma yerləri saxlanılıb. Eyni zamanda velosiped zolaqları təşkil edilən hissələrdə ciblər olan yerlərdə də parklanma yaradılıb. Sürücülər müəyyən edilmiş hissələrdən mikromobillik istifadəçilərinə mane olmamaq şərtilə parklanma yerlərinə daxil ola bilərlər.

Son Yazılar:

Qeyd edək ki, belə həllər beynəlxalq təcrübədə də geniş yayılıb. Belə ki, Amerika Şəhər Nəqliyyat Peşəkarlarının Milli Assosiasiyası tərəfindən də velosiped zolaqlarının təşkili sahəsində həll yollu kimi tövsiyə edilir.

Zərifə Əliyeva küçəsində zolaqlar standartlara uyğunlaşdırılaraq yenilənibZərifə Əliyeva küçəsində zolaqlar standartlara uyğunlaşdırılaraq yenilənibZərifə Əliyeva küçəsində zolaqlar standartlara uyğunlaşdırılaraq yenilənib