“Mən tezliklə çox vacib bir insanla görüşəcəyəm”.
Viral.az xəbər verir ki, bunu Ermənistandakı etiraz aksiyalarının rəhbəri, “Vətən naminə” hərəkatının lideri, keşiş Baqrat Qalstanyan bildirib.
O, bu gün – iyunun 4-də saat 10:30-da Surb Anna kilsəsinin həyətində olacağını bildirib.
Son Yazılar:
- “Oreşnik” bütün Avropada hədəfləri vura bilər
- İstanbulda diplomat olduğunu deyən azərbaycanlı 70 kilo qızılla SAXLANILDI
- Moskva son 75 ilin ən yağışlı gününü YAŞADI
“Kimlə görüşəcəyimi deməyəcəyəm”, – keşiş əlavə edib.
Arxiyepiskop yaxın vaxtlarda Vardenis və Sünikə gedəcəyini söyləyib.
“Bundan başqa, cümə günü bizi böyük bir sürpriz gözləyir. İyunun 9-da keçiriləcək mitinqdən sonra qalan aksiyaları sizə deyəcəyəm. Proseslər əsas məqsədə çatana qədər davam edəcək”, – Qalstanyan tərəfdarlarına deyib.
Erməni siyasi şərhçilər isə bildirirlər ki, Baqrat Qalstanyanın hərəkatı getdikcə zəifləyir və tərəfdarlarını tədricən itirir. Buna görə də keşiş insanların diqqətini cəlb etmək üçün tez-tez sürprizlər vəd edir. Ancaq ictimaiyyət hələ ki, ciddi bir sürprizə şahidlik edə bilməyib.