Azərbaycan atıcıları gənclər arasında dünya çempionatında iştirak edəcəklər.
Viral.az xəbər verir ki, mundial sentyabr 26-dan oktyabrın 7-dək Perunun Lima şəhərində keçiriləcək.
12 gün davam edəcək mötəbər yarışda 51 ölkədən 566 idmançı medallar uğrunda mübarizə aparacaq. Azərbaycan yarışlarda 7 idmançı ilə təmsil olunacaq.
Son Yazılar:
- Bu hədəfə doğru irəliləyirik – Ərdoğan
- Ağstafada avtomobil 65 yaşlı piyadanı vuraraq ÖLDÜRDÜ
- Təyyarə Bakı aeroportuna məcburi eniş ETDİ
Milli komandamızın üzvləri Leyli Əliyeva, Vladislav Kalmıkov, Hacı Musayev, Zeynəb Sultanova, Sofiya Barxalova və İmran Qarayev 10 metr məsafəyə pnevmatik tapançadan, 25 və 50 metr məsafəyə kiçik çaplı tapançadan atəş yarışlarında öz güclərini sınayacaqlar.
Nigar Ramazanova isə 10 metr məsafəyə pnevmatik tüfəngdən, 50 metr məsafəyə üç vəziyyətdə tüfəng ilə atəş, həmçinin 50 metr məsafəyə uzanaraq tüfəngdən atəş açma yarışlarında ölkəmizi təmsil edəcək.
Qarışıq komanda yarışlarında Leyli Əliyeva və Vladislav Kalmıkov, Hacı Musayev və Zeynəb Sultanova 10 metr məsafəyə pnevmatik tapançadan atəş açma üzrə yarışda mübarizə aparacaqlar.