İsrail ordusu “Hizbullah”ın 280-dən çox hədəfinə hücum edib

İsrail Hərbi Hava Qüvvələri Livanda “Hizbullah”ın 280-dən çox hədəfinə hücum edib.

Viral.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Livanda silah anbarları, atıcı qurğular, hərbi infrastruktur obyektləri və “Hizbullah”ın üzvləri hava hücumlarının hədəfində olub.

Son Yazılar:

Qeyd olunur ki, hazırda İsrail hərbçiləri Livanda digər hədəflərə zərbələr endirməkdə davam edir.

“İsrail Müdafiə Qüvvələri ölkəni qorumaq üçün “Hizbullah” terror təşkilatına qarşı fəaliyyətini davam etdirəcək”, – məlumatda bildirilib.