Bu tələbələr Qarabağ Universitetində pulsuz oxuyacaqlar 

Ödənişli əsaslarla təhsil alan tələbələr Qarabağ Universitetində təhsil haqqı xərclərindən azad olunacaqlar.

 

Viral.az xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Son Yazılar:

 

2024/2025-ci tədris ilində Qarabağ Universitetinin bakalavriat səviyyəsində SABAH qruplarına tələbə qəbulu aparılacaq ixtisaslar:

 

1. Azərbaycan dili və ədəbiyyatı müəllimliyi

2. İbtidai sinif müəllimliyi

3. Riyaziyyat müəllimliyi

4. Xarici dil müəllimliyi (ingilis dili)

5. Hüquqşünaslıq

6. Beynəlxalq münasibətlər

7. Maliyyə

8. Mühasibat

 

Qarabağ Universitetinin SABAH qruplarını niyə seçməli?

1. Qarabağ Universitetinin ilk tələbəsi olmaq

2. Ödənişsiz təhsil

3. Ödənişsiz yataqxana

4. Hər bir tələbəyə təqaüd, yüksək bal toplayanlara əlavə təqaüd

5. Hər bir tələbəyə kompüter

6. Müasir maddi-texniki bazası olan universitet kampusu

7. Yeni məzmunlu təhsil proqramları

8. Peşəkar yerli və əcnəbi professor-müəllim heyəti

9. Beynəlxalq, yerli ikili diplom və mübadilə proqramları

10. Elmi-tədqiqat və startap layihələrinin dəstəklənməsi