Kombaynla minik maşını toqquşdu – Xəsarət alan var 

Kürdəmirdə yol-nəqliyyat hadisəsi baş verib.

 

Viral.az xəbər verir ki, hadisə bu gün səhər saatlarında Bakı-Qazax əsas magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Kombaynla “Ford” markalı maşın toqquşub. İlkin məlumata görə, hadisə zamanı “Ford”un sürücüsü xəsarət alıb. O, Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Son Yazılar:

 

Faktla bağlı araşdırma aparılır. (APA)