Bank kartlarına müdaxilə edən daha 3 dələduz SAXLANILDI

Bank kartlarına müdaxilə edərək dələduzluq edən 3 şübhəli şəxs saxlanılıb.

 

Bu barədə Viral.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Son Yazılar:

 

Qeyd olunub ki, kiber cinayətkarlığın yeni forması müşahidə olunur: “Hər bir vətəndaş diqqətli olmalıdır. İyunun 2-də bank kartı məlumatlarının daxil edildiyi hansısa alış-veriş və xidmət sahələrinə aid olan saytdan vətəndaşın şəxsi məlumatları götürülərək 11205 manat oğurlanaraq naməlum hesaba köçürülüb. İyunun 3-də isə ayrı-ayrı vətəndaşlara məxsus 1350, 700, 220, 3028, 2050, 200, 4800, 68, 95, 100, 8978, 180, 48, 73, 1014, 210, 470, 800 manat pul vəsaitləri isə bank kartı sahibinin şəxsi məlumatları aldadılıb alınmaqla oğurlanıb”.

 

Polis əməkdaşlarının keçirdiyi tədbirlərlə Bakı şəhərində vətəndaşların bank kartlarına müdaxilə etməklə pul vəsaitlərini oğurluq və dələduzluq yolları ilə talayan 3 nəfər şübhəli şəxs müəyyən olunaraq tutulub.