Ermənistan Konstitusiyasının dəyişdirilməsi vacibdir.
Viral.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Parlament komissiyalarının birgə iclasında deyib.
Son Yazılar:
- “Oreşnik” bütün Avropada hədəfləri vura bilər
- İstanbulda diplomat olduğunu deyən azərbaycanlı 70 kilo qızılla SAXLANILDI
- Moskva son 75 ilin ən yağışlı gününü YAŞADI
O qeyd edib ki, Azərbaycanın da, Ermənistanın da Konstitusiya ilə bağlı narahatlıqları var.
“Bu, uzunmüddətli sülhə maneədir. Lakin Ermənistanın Konstitusiyanı dəyişməsi Azərbaycanın tələbi ilə baş vermir, bu Ermənistanın daxili işidir”, – Mirzoyan bildirib.
Ermənistan Müstəqillik Bəyannaməsi 21 sentyabr 1990-cı ildə təsdiq edilib. 12 bənddən ibarət olan bəyannaməsi Ermənistanın sabiq prezidenti, həmin vaxt Ermənistan Respublikası Ali Sovetinin sədri olan Levon Ter-Petrosyan tərəfindən imzalanıb.
Bəyannamədə erməni diasporunun üzvlərinin ölkəyə qayıtma hüququ verilib. Ermənistan SSR-nin adını Ermənistan Respublikasına dəyişib, yeni gerb və himn təsis edilib. Sənəddə valyutasına, silahlı qüvvələrinə və bank sisteminə malik Ermənistandan bəhs edilir.
Qeyd edək ki, Ermənistan Konstitusiyasının preambulasında yer alan Müstəqillik Bəyannaməsində həm Türkiyəyə, həm də Azərbaycana qarşı ərazi iddiaları var. Belə ki, Bəyannamə “1915-ci ildə Osmanlı Türkiyəsində və Qərbi Ermənistanda gerçəkləşən soyqırımın tanınması”nı dəstəkləyir. Burada həm qondarma erməni soyıqımı barədə iddialar, həm də Türkiyənin “Qərbi Ermənistan” adlandırılması narazılığa səbəb olub. Ermənilər “Qərbi Ermənistan” dedikdə Türkiyə Respublikasının 6 şərq vilayəti – Ərzurum, Van, Bitlis, Diyarbakır, Harput və Sivası nəzərdə tuturlar.