İranın xarici işlər naziri vəzifəsini icra edən Əli Baqiri Kəni ötən axşam “Hizbullah” lideri Həsən Nəsrullahla görüşüb.
Viral.az xəbər verir ki, görüş Əli Baqirinin Livana səfəri çərçivəsində baş tutub.
Görüş zamanı bölgədəki hadisələr və Qəzza zolağındakı vəziyyətlə bağlı məsələlər müzakirə edilib.
Son Yazılar:
- ABŞ səfirliyi yaxınlığındakı şübhəli obyekt mulyaj bomba olub
- Əhaliyə vacib XƏBƏRDARLIQ – Dünən gecədən başlayıb, 1 həftə davam edəcək
- 2024-cü ildə rekord sayda humanitar işçi ölümü qeydə alınıb
Qeyd edək ki, Əli Baqiri yeni vəzifəsində ilk səfərini Livana edib.
O, Beyrutda Müqavimət qruplarının liderləri ilə görüşüb, İranın Fələstin və bölgədəki müqaviməti dəstəkləməyə davam edəcəyini vurğulayıb.
Livandan sonra o regional səfəri çərçivəsində Suriyaya gedib.