Bu 7 vacib ixtiranı azərbaycanlılar edib

Xarici mətbuatda azərbaycanlılara aid mühüm icadlar və ixtiralar barədə məqalə dərc edilib.

Viral.az sözügedən məqaləni təqdim edir:

Şərab

Son Yazılar:

Şərabçılığın doğulduğu yer Qafqaz hesab olunur və bu təcrübə oradan bütün Aralıq dənizi və daha sonra bütün dünyaya yayılııb. Təəccüblü deyil ki, kəşf məhz burada edilib: isti iqlim və aşağı yüksəkliklərin birləşməsi üzüm yetişdirmək üçün ideal ərazilərdir. Üstəlik, bölgə Neolitik təkamülün ilk mərkəzi Anadoluya və insan sivilizasiyasının meydana gəldiyi Mesopotamiya yaxın idi. Lakin ilk dəfə şərabın hazırlanmasını məhz burada öyrəndilər. Ən qədim tapıntı eramızdan əvvəl 5400-5000-ci illərə aiddir və İranın Qərbi Azərbaycanda Hacı-Firuz Təpə arxeoloji abidəsi ərazisində tapılıb.

 

 

Qaz lazeri

1960-cı ildə əslən Tehrandan olan azərbaycanlı amerikalı fizik Əli Cavan tərəfindən icad edilib. Bu kəşf holoqramların qiymətini əhəmiyyətli dərəcədə azaltmağa imkan verdi; istənilən növ materialların qaynaqını, kəsilməsini və digər emalını həyata keçirmək; o cümlədən cərrahiyyə sahəsində dəqiq əməliyyatları yerinə yetirmək üçün ən potimal vasitə idi.

 

 

Dəniz neft platforması

Düzünü desək, bu ixtira deyildi, mövcud inkişaflardan və biliklərdən məharətlə istifadə etmək idi. 1940-cı illərdə geoloq Ağa Əliyev Xəzər dənizinin sahilində bu ixtira ilə məşğul idi. 1947-ci ildə o, bir qrup neftçi ilə dənizin düz ortasında qayaların yanında quyu qazmağa başladı. Rahatlıq üçün dayaqlar üzərində bir qüllə tikdilər və ilk neft platforması belə yarandı.

Əvvəllər bütün dünyada bu cür işlər yalnız dayaz ərazilərdə, quruya yaxın yerlərdə aparılırdı. Və ilk dəfə bu, Azərbaycanda açıq dənizdə edildi. On ildən sonra orada bütöv bir neftçi şəhəri yarandı. Hazırda Neft Daşları ilk neft platforması kimi “Ginnesin Rekordlar Kitabı”na daxil edilib.

 

 

S-300, S-400, S-500 hava hücumundan müdafiə sistemləri

Mühəndis və sahibkar İqor Aşurbəyli 1990-cı illərdə zenit raket komplekslərinin hazırlanması ilə məşğul olan KB-1 “Almaz”a rəhbərlik etdi. O, yalnız müəssisənin maliyyə fəaliyyətini azad bazara uyğunlaşdırmaqla kifayətlənmədi, həm də yeni müdafiə sistemlərinin yaradılması işlərinə rəhbərlik etdi. Nəticədə Rusiya özünə unikal hərbi texnikanın satışından pul qazanmaq imkanını təmin etdi.

 

 

Tektonik silah

Nüvə bombasının yaradılmasından və İkinci Dünya Müharibəsində istifadə edilməsindən sonra bir çox ölkədə bu barədə çalışmalar aparıldı. Sovet İttifaqında bu enerjinin lazımi yerə köçürülməsi üzrə tədbirlərə seysmoloq İkram Kərimov rəhbərlik edirdi. Lakin SSRİ-nin dağılması tədqiqatları dayandırdı. Buna baxmayaraq, şayiələrə görə, Kerimov Ermənistanın Spitak şəhərindəki zəlzələdə ittiham edildi.

 

 

Yeni Mendeleyev cədvəli və ilk nüvə reaktoru

Əlbəttə ki, nüvə reaktoru tək bir insanın dizaynı və tikintisi üçün çox mürəkkəb və böyük bir quruluşdur. Onun yaradılması üzərində bir qrup sovet alimi, o cümlədən İqor Kurçatov və onun əməkdaşı Abbas Çayxorski çalışıb. Buna baxmayaraq, elementlərin yeni dövri cədvəlinin üzərində işləməyi özü həyata keçirdi. 1970-ci illərin əvvəllərində tamamlandı və rəsmi səviyyədə qəbul edildi.

 

 

Yeni növ tranzistorlar

Nobel mükafatı laureatı Xores Alferovun fikrincə, tranzistorların icad edilməsi sovet alimlərinin xidməti olmalıdır. Lakin onlar öz ölkələri üçün daha vacib olan atom layihəsinə diqqət yetirməli oldular və bu səbəbdən kəşfi əldən buraxdılar. Akademik Həsən Abdullayev 1960-1970-ci illərdə Amerikadakı nailiyyətləri əsasında araşdırmalarını davam etdirdi. Kompüterlərin işləməsi üçün lazım olan bir çox yeni və daha səmərəli tranzistorlar yaratdı.