Sumqayıt şəhərində restoranda baş verən yanğın söndürülüb.
Bu barədə Viral.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhərində, 17-ci mikrorayon ərazisində restoranda yanğın baş verməsi barədə məlumat daxil olub və əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Son Yazılar:
- ABŞ-də 170 ilin ən güclü qasırğası
- 100 milyonluq PLAN
- Paşinyan BMT kürsüsündə yalan danışaraq, dünya ictimaiyyətini aldatmağa çalışır
Yanğınsöndürənlərin müdaxiləsi sayəsində baş vermiş yanğın söndürülüb.
***
12:07
Sumqayıtda restoran yanır.
Viral.az xəbər verir ki, hadisə şəhərin 17-ci mikrorayonunda yerləşən “Baharlı” restoranında qeydə alınıb.
Yanğın yerinə Fövqəladə Hallar Nazirliyinin Dğvlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğının söndürülməsi istiqamətində işlər aparılır