İsrailin Qəzza və Ramallahdakı qorxunc siyasətini Livana və regionun digər ölkələrinə yaymaq cəhdlərinə son verilməlidir.
Viral.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“İsrailin Livana qarşı qeyri-insani hücumlarını pisləyir, hücumlarda həyatını itirən bütün livanlı qardaşlarımıza Allahdan rəhmət, yaralananlara isə tezliklə şəfa diləyirəm”, – Ərdoğan qeyd edib.