Rusiyanın Rostov vilayətinə PUA hücumu EDİLDİ

Hava hücumundan müdafiə sistemləri ilə Rostov vilayəti üzərində 18 PUA zərərsizləşdirilib.

Viral.az xəbər verir ki, bu barədə Rostov vilayətinin qubernatoru Vasili Qolubev məlumat verib.

“Ötən gecə hava hücumundan müdafiə bölmələri düşmənin hava hücumunu uğurla dəf edib. Rostov vilayəti üzərində 18 PUA məhv edilib. PUA-lardan beşi regionun cənub-qərb hissəsində, 13-ü isə Millerovo rayonunda zərərsizləşdirilib”, – Qolubev bildirib.

Son Yazılar:

Onun sözlərinə görə, tələfat və dağıntı qeydə alınmayıb.