Rusiyanın Rostov vilayətinin meşə təsərrüfatı ərazisində PUA-nın qəzaya uğramasından sonra baş verən yanğınla əlaqədar fövqəladə vəziyyət rejimi tətbiq edilib.
Viral.az xəbər verir ki, bunu vilayətin qubernatoru Vasili Qolubev Teleqram kanalında deyib.
“Milyutinski rayonunda PUA-nın qəzaya uğraması nəticəsində yaranan meşə yanğınının söndürülməsi istiqamətində işlər davam edir.
Son Yazılar:
- “Lion”un baş məşqçisi “Qarabağ”la oyunda heyətdə rotasiya edə bilər
- “Sako” ləqəbli TikToker həbs EDİLDİ
- İdarə rəisi həbs edildi – FOTO
Selivanovski kənd qəsəbəsindəki meşə təsərrüfatının ərazisində saat 14:00-dan etibarən fövqəladə vəziyyət rejimi tətbiq edilib”,- o bildirib.
Qolubev qeyd edib ki, yanğının söndürülməsinə 102 nəfər və 44 texnika cəlb olunub.