Sentyabrın 2-si Prezident İlham Əliyev və xanımı Mehriban Əliyevanın iştirakı ilə açılışı olmuş Kəlbəcər rayonundakı “İstisu” mineral su zavodunun məhsulları xarici bazarlara çıxarılacaq.
Bunu Viral.az-a açıqlamasında zavodun direktoru Adil Haqverdiyev bildirib.
“Artıq bununla bağlı danışıqlar aparılıb, oktyabr ayında ilk ixracımızı həyata keçirəcəyimiz gözlənilir. Bu da həm zavodumuz, həm də ölkəmiz adına qururverici bir hadisədir. Mineral suyumuz dünya bazarlarında satılacaq”, – deyə o qeyd edib.
Son Yazılar:
- Bakı metrosunda 9 yeni stansiya TİKİLƏCƏK
- “Gənclik” NMM-ə avtobusların girişi MƏHDUDLAŞDIRDI
- Xalq artistinin yerinə gətirilən Kamilə Dadaş-zadə kimdir?
Direktorun sözlərinə görə, “İstisu” markası ölkə daxilində də böyük marağa səbəb olub: “Çox qısa zamanda dünya standartlarına uyğun müasir bir zavod inşa edilib, illərlə həsrətində olduğumuz “İstisu” markası yenidən canlandırılıb, xalqımıza təqdim edilib. Bu, başda Prezidentimiz olmaqla dövlətimizin qüdrətinin təcəssümüdür. “İstisu” markasına xalqın dəstəyi var. Odur ki, qısa zamanda zavod 1 növbəli iş rejimində 100 % doluluqda işləyib, gələn aydan isə biz 2 növbəli iş rejiminə keçməyi planlanlaşdırıq. Bu da öz növbəsində daha çox Kəlbəcər sakininin işlə təmin olunması, rayonda sosial-iqtisadi fəallığın artması deməkdir. Ümumilikdə zavodda 100 nəfərin işləməsi planlaşdırılır. Hazırda bu rəqəm 75-dir. Onun da 56 nəfəri Kəlbəcər sakinidir. Bu da çox qururverici haldır ki, sakinlər köçdən öncə işlə təmin olunub. Əməkdaşlarımız arasında şəhid ailələri, müharibə qəhrəmanları və iştirakçıları var”.